"Zaqatala"nın futbolçusuna 6 oyunluq cəza verildi

13:13 - 23 Sentyabr 2026

AFFA Intizam Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın III turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

16.09.2026-cı il tarixində I Liqada III turun “Karvan-Yevlax”– “Zaqatala” oyununun 6-cı dəqiqəsində “Zaqatala” komandasının 9 nömrəli futbolçusu Elxan Məmmədov xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyun oyuna buraxılmasın, “Zaqatala” komandası 1000 manat cərimə edilsin (maddə 45.2);

17.09.2026-cı il tarixində I Liqada III turun “Mingəçevir”– “Gəncəbasar” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

17.09.2026-cı il tarixində I Liqada III turun “Baku Sportinq”– “Səbail” oyununun 21-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Səbail” komandası 900 manat cərimə edilsin (maddə 86.3);

17.09.2026-cı il tarixində I Liqada III turun “Xankəndi”– MOİK oyununda “Xankəndi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

Xəbər xətti