Argentina millisinin üzvü Avropa nəhənglərini hədəfində

18:58 - 24 Sentyabr 2026

"River Pleyt"in qapıçısı Santyaqo Beltran Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.

Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Mançester Yunayted", "Çelsi", "İnter" və "Portu" klubları 21 yaşlı qolkiperlə maraqlanırlar. Beltranın klubu ilə müqaviləsində 21 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. "Milyonerlər" 21 yaşlı gələn il "əlcək sahibi" üçün gələn təklifləri dəyərləndirməyi planlaşdırırlar.

Qeyd edək ki, Santyaqo Beltran "River Pleyt"in yetirməsidir. Argentina millisinin üzvü cari mövsümdə Buenos Ayres təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda qapısında 34 qol görüb.

Xəbər xətti