Yuri Maksimov "Araz-Naxçıvan"da işə başladı

11:22 - 25 Sentyabr 2026

Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan" məşqlərini bərpa edib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqdən əvvəl yeni baş məşqçi Yuri Maksimov klub rəhbərliyi tərəfindən heyət üzvlərinə təqdim edilib, daha sonra 2 saata yaxın hazırlıq prosesi baş tutub.

Milli komandalara yollanan 4 futbolçu – Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi istisna olmaqla digər futbolçular tam heyətlə məşq prosesində iştirak ediblər.

Xəbər xətti