Rodri “Atletiko” – “Real” (2:1) matçında Migel Anxel Ortis Ariasın rəhbərlik etdiyi hakimlər briqadasının mübahisəli qərarlarını və “Real”ın bu qərarlardan narazılığını şərh edib.
Sportal.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi öz açıqlamasında bunları qeyd edib:
“Bilmirəm, Kuti Romero ayağını geri çəkə bilərdimi, amma Li Kan İnin qayda pozuntusuna görə həqiqətən də qırmızı vərəqə göstərmək olardı. Digər məqamlara gəlincə, hakimlər səhv edə bilərlər, lakin 38 turdan ibarət çempionatda bu səhvlər həlledici əhəmiyyət daşımır.
Hakimlərin "Barselona"nın çempion olmasını istədikləri barədə söhbətlər futbola zərər vurur. Öz klubunu müdafiə etmək normaldır, amma bunun da müəyyən həddi olmalıdır. Hamımız insanıq və hamımız səhv edirik”.
saytlarin hazirlanmasi
