"Sabah"ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasının məşqlərinə qoşulub.
Sportal.az xəbər verir ki, təcrübəli qolkiper Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinə fikirlərini bildirib.
- Necəsiniz?
- Əla. Şəhərə qayıtdığım üçün şadam.
- Milli komandaya çağırıldığınız zaman özünüzü necə hiss etdiniz?
- Hər zaman hisslər əladır. Həmişə deyirəm ki, milli komandaya qayıtdığım üçün özümü şad hiss edirəm.
- Çempionlar Liqası haqqında soruşmadan olmaz. “Old Trafford"da atmosfer necə idi?
- İnanılmaz atmosfer, inanılmaz hisslər. Rəqibdən asılı olmayaraq, bunu hər zaman təkrarlamaq və növbəti matçı səbirsizliklə gözləmək istəyirəm. Çempionlar Liqası, sözün ən yaxşı mənasında, narkotik kimidir.
- Çempionlar Liqasında, Avropa Liqasında və Konfrans Liqasında oynayan Qazaxıstandan ilk oyunçusunuz. Özünüzlə fəxr edirsinizmi?
- Bilmirəm, deyəsən, hazırda hər şeyi mənimsəmirəm. Yəqin ki, karyeramı bitirdikdən sonra nəvələrimə bu barədə danışacam.
- Futbolçular üçün darıxmısız?
- Əlbəttə.
saytlarin hazirlanmasi
