"Zirə" bərabərə qaldı, digər təmsilçimiz uduzdu

09:18 - 24 Sentyabr 2026

Azərbaycanın üç klubu Avropa Minifutbol Federasiyasının (EMF) Çempionlar Liqasında mübarizəyə başlayıb.

Sportal.az xəbər verir ki, “Birbaşa Bakı” E qrupunda İngiltərənin “Ardeleni” komandasına 3:2 hesabı ilə qalib gəlib.

Ölkə çempionu “Zirə” G qrupunda Bosniya və Herseqovinanın “Krayna Plan 21” kollektivi ilə heç-heçə edib(1:1).

“Aznur” isə F qrupunda iki oyun keçirib və hər ikisində məğlub olub.

Komanda Polşanın “Sokil” klubuna 0:2, İngiltərənin “Bukovina Badeuti” kollektivinə isə 2:3 hesabı ilə uduzub.

Xəbər xətti