Komandanı ilk dəfə Super Liqaya yüksəldən baş məşqçi istefaya göndərildi

17:12 - 24 Sentyabr 2026

Türkiyənin "Çorum" klubu baş məşqçi Uğur Uçarla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

39 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Uğur Uçar bu ilin fevralında "Çorum"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. "Qırmızı-qaralar" onun rəhbərliyi altında tarixi ərzində ilk dəfə Super Liqaya vəsiqə qazanıb.

Xəbər xətti