Türkiyə Super Liqasının ən bahalı üç futbolçusu bəlli oldu - siyahıda rusiyalı da var

11:47 - 24 Sentyabr 2026

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ən bahalı oyunçuların yeni reytinqini dərc edib. 

Sportal.az xəbər verir ki, hazırkı qiymətləndirməyə görə, "Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov 41,9 milyon avro dəyərindədir.

Mənbənin məlumatına görə, Türkiyə Super Liqasında yalnız "Fənərbaxça"nın ingilis cinah oyunçusu Meyson Qrinvud və “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen ondan daha bahalıdır.

Avqust ayında yarımmüdafiəçi 25 milyon avro qarşılığında "Qalatasaray"a keçib. Bu mövsüm Batrakov İstanbul klubunda beş oyun keçirib və bir məhsuldar ötürmə edib. 
 

Xəbər xətti