"Xulian Alvarez məsələsi artıq keçmişdə qalıb" - "Barselona" argentinalı ilə maraqlanmır

11:48 - 25 Sentyabr 2026

"Barselona"nın idman direktoru Deko bildirib ki, klub artıq “Atletiko”nun (Madrid) hücumçusu Xulian Alvarez üçün transferi nəzərdən keçirmir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı forvardın transferi üçün danışıqları da dayandırıb. Deko məsələ haqda bunları deyib:

"Xulian Alvarez məsələsi artıq keçmişdə qalıb. Biz irəli baxmalıyıq və sahib olduğumuz şeylərdən məmnunuq".

Ötən yay argentinalı futbolçu "Barselona"ya keçməkdə israr etsə də, Madrid klubu bu transferə imkan verməmişdi. 

26 yaşlı futbolçunun "Atletiko" ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Xəbər xətti