Yığma komandamızın forvardı qışda icarəyə yollana bilər

12:18 - 24 Sentyabr 2026

21 yaşlılardan ibarət yığma komandamızın forvardı Lorenzo Mezzotero qışda komandasını dəyişə bilər.

Sportal.az saytına verilən məlumata görə, 18 yaşlı forvard İtaliya B seriyasında yarışan “Sampdoriya”nın heyətində oynasa da, onun daha çox forma geyinə biləcəyi komandaya keçə biləcəyi gözlənilir.

Onun xidmətində elə İtaliya B seriyasında yarışan digər klublar maraqlıdır. "Sampdoriya"nın əsas komandasında bu mövsüm 2 oyuna çıxmış Lorenzo qışda icarəyə gedib-getməyəcəyi ilə bağlı öz qərarını verəcək. 
 

Xəbər xətti