Fransa milli komandasının baş məşqçisi Zinəddin Zidan Millətlər Liqasında Türkiyəyə qarşı keçiriləcək qarşılaşma haqqında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis güclü komandaya qarşı oynayacaqlarını bildirib:
"Güclü komandaya qarşı çətin oyun olacaq. Həm topla, həm də topsuz vəziyyətdə yaxşı oynamalıyıq. Türkiyə çox güclü komandadır. Dünya çempionatından mübarizəni erkən dayandırsalar da, onlar daha artığına layiq idilər. Şübhəsiz ki, onlar bizə çətinliklər yaradacaqlar.
Bu, Didye Deşamın 14 il əvvəl başladığı işin davamıdır. Əsas fiqurlar futbolçulardır. Mən öz heyətimlə işimi görmək, oyunumuzu təkmilləşdirmək və qələbələr qazanmaq niyyətindəyəm. Mənim üçün ən vacib məqam budur. Gördüklərimdən razıyam. Məqsədim əvvəllər dəvət olunmamış gənc oyunçuları yoxlamaq idi. Fransa millisi hər kəs üçün açıqdır. Təcrübəli və gənc oyunçulardan ibarət gözəl kollektivimiz var. Bu, əladır".
Xatırladaq ki, Türkiyə - Fransa qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
saytlarin hazirlanmasi
