Mançester Siti"nin maliyyə qaydalarının pozulması ilə bağlı araşdırma bir neçə il davam edir.
Sportal.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" 115 ittiham bəndindən 114-də təqsirli biliniblər.
Klub üçün yekun cəza hələlik müəyyən edilməyib. Lakin pul cəriməsindən və xal silinməsindən tutmuş İngiltərə Premyer Liqasından xaric edilməsinə qədər bütün mümkün variantlar nəzərdən keçirilir.
"Mançester Siti"nin apellyasiya şikayəti verəcəyini gözlənilir. Klub rəhbərliyi daha əvvəl maliyyə pozuntuları ilə bağlı bütün ittihamları rədd edib və haqlı olduğuna əminliyini ifadə edib.
Qeyd edək ki, "Mançester Siti" İngiltərə çempionatının 2026/27 mövsümündə 5 turdan sonra 15 xalla turnir cəvəlinə başçılıq edir.
saytlarin hazirlanmasi
