"Zirə" 1/4 finalda - Çempionlar Liqası

17:50 - 25 Sentyabr 2026

“Zirə” minifutbol üzrə Çempionlar Liqasında 1/8 final oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu raundda Monteneqronun “Sbbet” komandası ilə üz-üzə gəlib.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmanın qalibi penaltilər seriyasından sonra dəqiqləşib. Burada uğurlu olan “Zirə” adını 1/4 finala yazdırıb. Rəqib hələlik məlum deyil.

Azərbaycanın digər komandaları “Birbaşa Bakı” 1/8 finalda, “Aznur” isə qrup mərhələsində mübarizəni dayandırıb.

Xəbər xətti