İspaniyanın Kambrils şəhərində minifutbol üzrə Çempionlar Liqası davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi olan ölkə çempionu “Zirə” və “Birbaşa Bakı” Çempionlar Liqasının pley-off mərhələsində oyunlarını keçirib. Hər iki komanda məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
1/4 final
“Zirə” – “Rooftop Budapeşt” (Macarıstan) — 0:0, penaltilərlə 0:2
1/8 final
“Birbaşa Bakı” – “Bukovina Baudeti” (İngiltərə) — 0:0, penaltilərlə 0:2
“MFK MK No Sbet Podqoritsa” (Monteneqro) – “Zirə” — 2:2, penaltilərlə 1:3
Qrup mərhələsində “Birbaşa Bakı” İngiltərənin “Ardeleni” (3:2), Macarıstanın “Çikaqo Bandur” (3:0) və Slovakiyanın “AK Real Koholiks” (2:0) komandaları ilə qarşılaşıb.
“Zirə” isə Bosniya və Herseqovinanın “Krayna Plan 21” (1:1), Çexiyanın “Hanspaulkom” (2:0) və İspaniyanın “Grupo Roxu” (1:2) klubları ilə oynayıb.
Azərbaycanın üçüncü təmsilçisi “Aznur” isə qrup mərhələsini keçə bilməyib.
saytlarin hazirlanmasi
