"Bavariya" "Milan"ın istədiyi futbolçu ilə maraqlanır

17:59 - 26 Sentyabr 2026

“Milan”ın transfer siyahısında yer alan “Atletiko” və İspaniya millisinin üzvü Markos Lyorente Almaniyaya yollana bilər.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, yarımmüdafiəçi “Bavariya” ilə danışıq aparır.

Almaniya nəhəngi ispan futbolçunu mövsümün sonunda azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Onun “Atletiko” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti