"Barselona"nın yeni futbolçusu Kərim Adeyemi Kataloniya klubundakı uyğunlaşma dövrü barədə danışıb.
Sportal.az “AS”a istinadən xəbər verir ki, almaniyalı futbolçu hələ ki adaptasiya prosesində olduğunu deyib:
"Bütün suallara aydınlıq gətirmək baxımından onu deyim ki, özümü çox yaxşı hiss edirəm...Düşünmürəm ki, hələ o nöqtəyə çatmışıq. Hələ tam öyrəşməmişəm. İndi dili öyrənməliyəm ki, bu da mənim üçün vacibdir. Əlbəttə ki, cəmi bir-iki ay ərzində tam öyrəşmək çətindir, amma özümü çox yaxşı hiss edirəm və bir az daha burada qalmağı səbirsizliklə gözləyirəm".
Adeyemi "Barselona"nın heyətində bütün yarışlarda səkkiz oyunda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə edib.
