"Atletiko"nun müdafiəçisi Markos Lyorente karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" və "Çelsi" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.
Hər iki klub Lyorenteni gələn yay heyətə qatmaq variantını nəzərdən keçirir. Eyni zamanda, madrid klubu da 31 yaşlı sağ cinah müdafiəçisinin müqaviləsinin müddətini artırmağa çalışır.
Qeyd edək ki, "Atletiko" Markos Lyorenteni 2019-cu iilin yayında "Real"dan 30 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
