"Qalatasaray"ın sabiq futbolçusu Fredrik Midtşo karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, norveçli yarımmüdafiəçi 33 yaşında peşəkar futbolla vidalaşıb. Bu barədə oyunçu özü məlumat paylaşıb.
Təcrübəli futbolçu zədələrdən sonra əvvəlki performansından uzaq qaldığı üçün karyerasını bitirdiyini bildirib.
Qeyd edək ki, Fredrik Midtşo "Ruzenborq", "Ranheym", "Sandnes", "AZ Alkmar", "Qalatasaray", "Pendikspor" və "Eyüpspor"un formasını geyinib.
saytlarin hazirlanmasi
