Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan Mateo Kovaçiç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Yuventus" xorvatiyalı futbolçunu heyətinə qatmaq istəyir. Turin təmsilçisi yayda azad agent statusunda olacaq 32 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Mançester Siti" Mateo Kovaçiçi 2023-cü ilin yayında "Çelsi"dən 29 milyon avroya transfer edib. Xorvatiya millisinin üzvü cari mövsümdə "şəhərlilər"in heyətində 5 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
