Niderland milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "Korintians"da çıxış edən Memfis Depay sıradan çıxıb.
32 yaşlı hücumçu Braziliya A Seriyasının 8-ci turunun "Flamenqo" ilə matçında (1:1) ayaq əzələsindən zədə alıb. Təcrübəli futbolçu bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Niderland yığması iki yoldaşlıq oyunu keçirəcək. "Narıncılar" martın 27-də Norveçlə, 31-də isə Ekvadorla qarşılaşacaq.
saytlarin hazirlanmasi
