Emin Mahmudov: "Hansı rəqib olursa-olsun qalib gəlməliyik"

18:48 - 26 Mart 2026

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, yığmamızın kapitanı Emin Mahmudov matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib:

- Bizim 2026-cı ildə ilk oyunumuzdur. Çalışacağıq ki, yaxşı oyun göstərək. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik.

- Belə rəqiblərə qarşı oynamaq daha çətindir?

- Çətin deyəndə ki, milli səviyyəsində asan oyun olmur. Özümüz də qələbə qazana bilmirik. O seriyanı bitirmək vacibdir. Hansı rəqib olursa-olsun qalib gəlməliyik.

Mirbağırağa

Xəbər xətti