Kipr mətbuatı "Qarabağ"ın müdafiəçisi Sami Mmaenin yerli "Omonia" klubuna keçə biləcəyi ilə bağlı yayılan xəbərlər barədə yazıb.
Sportal.az xəbər verir ki, “Omonoianews.com” portalı Nikosiya klubunun hazırda nə belçikalı mərkəz müdafiəçisi ilə, nə də digər oyunçularla danışıqlar apardığını qeyd edib.
Hazırda Xorvatiyanın "Dinamo”(Zaqreb) klubuna məxsus olan Mmae Ağdam klubunda icarə əsasında çıxış edir.
Onu da qeyd etmək lazımdır ki, müdafiəçi bu yaxınlarda məşqçi Qurban Qurbanov tərəfindən intizam qaydalarını pozduğuna görə əvəzedici heyətə göndərilib.
saytlarin hazirlanmasi
