"Atletiko”(Madrid) və İspaniya millisinin yarımmüdafiəçisi Markos Lyorente peşəkar karyerasını harada bitirmək istədiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, “Sport.es”ə danışan 31 yaşlı futbolçu karyerasının sonuna qədər klubunu dəyişmək niyyətində deyil:
"Karyeramı “Atletiko”da bitirmək istəyirəm. Klubda uzun müddət qalmaq və müqavilə müddətinin artırılması ilə bağlı razılığa gəlmək istəyirəm. Bu klubda özümü dəyərli hiss edirəm. Amma 35 yaşımdan sonra oynayacağımı düşünmürəm".
31 yaşlı futbolçu “Real”ın akademiyasının yetirməsidir. O, klubun gənclər sıralarında irəliləyib və eyni zamanda əsas komandada oynayıb, burada iki Çempionlar Liqası titulunu və bir Klublararası dünya kubokunu qazanıb. Markos həmçinin UEFA Super Kubokunu və İspaniya Super Kubokunu qazanıb. 2019-cu ilin yayında yarımmüdafiəçi 30 milyon avroya “Atletiko”ya keçib. Lyorente hazırkı komandasında 291 oyun keçirib, 36 qol vurub, 43 məhsuldar ötürmə edib, həmçinin İspaniya çempionu titulunu qazanıb.
