"Barselona" Flikin agenti ilə danışıqlara başlayacaq

19:58 - 26 Mart 2026

"Barselona" yaxın vaxtlarda baş məşqçi Hans Fliklə əməkdaşlığın uzadılması ilə bağlı danışıqlara başlayacaq.

Sportal.az xəbər verir ki, apreldə almaniyalı mütəxəssisin agenti Pini Zahavi yeni müqavilənin detallarını klub rəhbərliyi ilə müzakirə etmək üçün İspaniyaya gələcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

Flik özü daha qısa müddətli müqaviləyə üstünlük versə də, tərəflər kompromis variant kimi 2028-ci ilə qədər sözləşmə imzalamaq barədə razılığa gələ bilərlər. Kataloniya klubu 61 yaşlı məşqçinin fəaliyyətindən razıdır və onunla uzunmüddətli əməkdaşlığın davam etdirilməsini planlaşdırırlar.

Qeyd edək ki, Hans Flik 2024-cü ilin yayında "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm La Liqada çempion olub.

Xəbər xətti