"VAR baş hakimlərə mənfi təsir edir" - "Atletiko"nun prezidenti

00:04 - 27 Mart 2026

"Atletiko" (Madrid) prezidenti Enrike Çerezo derbidən sonra hakimliklə bağlı sərt açıqlama verib.

Sportal.az xəbər verir ki, "Real"a qarşı 2:3 hesablı məğlubiyyətdən sonra o bildirib ki, klub rəsmi şikayət verəcək, amma nəticəni dəyişmək mümkün deyil:

“Biz lazım olan yerə şikayət edəcəyik. Amma bu barədə danışmaq heç nəyi dəyişməyəcək. Biz uduzduq və nöqtə. Nə olubsa, olub.

Düzəldilməli olan şeylər var və bunu etmək asan olmayacaq. VAR hakimlərə mənfi təsir göstərir,” – deyə Çerezo bildirib.

Xəbər xətti