Türkiyə millisinin üzvü "Milan"a keçə bilər

12:47 - 27 Mart 2026

Türkiyə millisinin üzvü Emirhan Topçu karyerasını İtaliyada davam etdirməyə çox yaxındır.

Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, “Milan” “Beşiktaş”ın müdafiəçisi üçün hərəkətə keçib.

"Rossonyerlər" 25 yaşlı futbolçu üçün ilkin təklif də irəli sürüb. 

Emirhanın “Beşiktaş”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. “Qara qartallar” onun üçün 5 milyon avro tələb edir.

Topçunun özü də İtaliyaya yollanmağa hazır olduğunu yaxın ətrafına bildirib. “Beşiktaş”ın üzvü “Rizespor”, “Çelik”(Bosniya və Herseqovina), “Menemenspor” klublarında da oynayıb.

Xəbər xətti