"Yuventus" baş məşqçi Luçano Spalletti ilə müqavilənin müddətinin uzadılmasına yaxınlaşır.
Sportal.az xəbər verir ki, klubun baş icraçı direktoru Damien Komolli artıq gələn həftə italiyalı mütəxəssislə danışıqların son mərhələsini keçirəcək. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Spalettinin sözləşməsinin müddətinin 2028-ci ilin yayına qədər uzadılacağı gözlənilir.
“Yuventus” rəhbərliyi yay transfer pəncərəsində baş məşqçini aktiv şəkildə dəstəkləməyi də planlaşdırır. Spalletti heyəti gücləndirmək və rəqabətədavamlı komanda qurmaq üçün bir neçə yüksək keyfiyyətli futbolçunun transferində maraqlıdır.
Turin təmsilçisi hazırda diqqətini UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəyə yönəldib. Mövsümün bu mərhələsindən sonra komanda A Seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb və 4-cü yerdən üç xal geri qalır.
saytlarin hazirlanmasi
