Riad Rəfiyev Harvardın məzunu oldu, PSJ-nin stadionunda mükafat təqdim edildi - FOTOLAR

16:38 - 29 Mart 2026

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Avropa Futbol Klubları (EFC) və "Harvard Business School"un birgə layihəsi olan "Executive Leadership Programme" proqramını uğurla başa vurub. 

Sportal.az xəbər verir ki, yüksək səlahiyyətli futbol menecerləri üçün nəzərdə tutulmuş bu proqram liderlik, strateji qərarvermə və innovativ idarəçilik bacarıqlarının inkişafına yönəlib. Tədris prosesi "Harvard Business School"un məşhur “case-study” metodologiyası əsasında qurulub və iştirakçılara real biznes və futbol sənayesi nümunələri üzərindən praktiki biliklər təqdim edilib.

Proqram çərçivəsində iştirakçılar ABŞ-nin Boston şəhərində yerləşən Harvard kampusunda keçirilən intensiv sessiyalarda, həmçinin onlayn dərslərdə və Avropada təşkil olunan yekun mərhələdə iştirak ediblər.  Proqramın mükafatlandırma mərasimi Parisdə, "Park de Prens" stadionunda keçirilib. 

Qeyd edək ki, sözügedən proqram EFC və "Harvard Business School"un ilk birgə layihəsidir. İlk tədris prosesində PSJ, "Mançester Siti", "Çelsi", "Yuventus", "Nyukasl", "Monako", "Fənərbağça", "Real Betis" və digər Avropa klublarının top menecerləri iştirak ediblər.

Xəbər xətti