"Qarabağ"dan ayrılan futbolçu Türkiyə klubunda

13:21 - 29 Mart 2026

"Qarabağ"dan ayrıldıqdan sonra Türkiyəyə yollanmış azərbaycanlı futbolçu Denis Adilov özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Konyagücü” klubuna keçib.

O, Türkiyədə çıxış edəcək. Bu klub aşağı liqada mübarizə aparır.

Adilov "Qarabağ"dan əvvəl "Quba" komandasında da oynayıb.

Xəbər xətti