"Yuventus"un müdafiəçisi Daniele Ruqani mövsümü başa çatdıqdan sonra Turinə geri qayıdacaq.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, hazırda "Fiorentina"da icarə əsasında çıxış edən müdafiəçi Florensiyada qalmaq istəmir.
Luçano Spallettinin planlarına daxil olmayan Ruqaninin yeni mövsümə harada başlayacağı isə baş məşqçinin qərarından asılı olacaq.
İtaliyalı futbolçunun "qoca sinyora" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, fevral ayında bu mövsümün sonuna qədər “Fiorentina”ya icarəyə verilib.
saytlarin hazirlanmasi
