"Arsenal"ın futbolçusu millidə zədələndi

19:34 - 30 Mart 2026

"Arsenal"ın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin Noni Madueke sıradan çıxıb.

24 yaşlı vinger İngiltərə milli komandasının düşərgəsində zədələnib. Bu barədə yığmanın baş məşqçisi Tomas Tuxel məlumat verib. Almaniyalı mütəxəssis Maduekenin bir müddət yaşıl meydanlardan uzaq qalacağını deyib.

Qeyd edək ki, "Arsenal" Noni Maduekeni mövsümün əvvəlində "Çelsi"dən 56 milyon avroya transfer edib. O, "topçular"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti