Azərbaycanlı "Asiya Qran Pri 2026"da qızıl medal qazandı

12:33 - 31 Mart 2026

Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə "Asiya Qran Pri 2026" beynəlxalq turniri keçirilib.

Sportal.az xəbər verir ki, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Kənan Həsənzadə uğurla çıxış edib.

O, "Backgammon" (Blitz) kateqoriyasında 256 iştirakçı arasında hamını qabaqlayaraq qızıl medal qazanıb.

Xəbər xətti