"Barselona" İspaniya millisinin üzvü ilə müqavilə imzalayacaq

16:15 - 31 Mart 2026

"Barselona" Jerar Martini uzun illər komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi ispaniyalı futbolçu ilə yeni müqavilə üçün danışıqlara başlayıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

İspaniya çempionu 24 yaşlı sol cinah müdafiəçisinin 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsinin müddətini daha 3 il artırmağı planlaşdırır.

Qeyd edək ki, Jerar Martin 2023-cü ilin yayından "Barselona"da çıxış edir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti