Kosovo millisi DÇ-2026-nın pley-off final matçında Türkiyəyə 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, kosovolu azarkeşlərdən biri sosial şəbəkədə millinin kapitanı Vedat Murikini komandanın taktikasını rəqibə deməkdə ittiham edib. "Malyorka"da çıxış edən31 yaşlı hücumçu həmin fanata sərt cavab verib:
"Ayıb olsun sənə! Mən yarı türkəm. Prizrendə anadan olan bir çoxları kimi, mən də türkcə danışıram, amma səndən daha vətənpərvərəm və özümü səndən daha çox kosovolu hiss edirəm!
Əgər milli komanda oyunçusunun sadəcə Prizrendə anadan olduğu və türkcə danışdığı üçün ölkəsi üçün bu qədər vacib olan bir matçı satacağını düşünürsənsə, deməli, ya zehni problemin var, ya da qanı, duyğusu və hörməti olmayan birisən.
Amma bu oyunçu Kosovo milli komandası üçün hər şeyini verdi. Etdiklərini, günlərlə yaşadığı bu ağrını, ölkə futboluna və milli komandasına etdiklərini... Səni heç vaxt bağışlamayacağam! Allah sənə lənət eləsin!"
Qeyd edək ki, Vedat Muriki karyerası ərzində Türkiyənin "Giresunspor", "Gənclərbirliyi", "Rizespor" və "Fənərbaxça" klublarının formasını geyinib.
saytlarin hazirlanmasi
