Yamal müsəlmanlara edilən hörmətsizliyə biganə qalmadı: "Sizi cahil və irqçi insanlar kimi göstərir"

17:15 - 1 Aprel 2026

Dünən keçirilən İspaniya - Misir matçında (0:0) bir qrup azarkeşlər müsəlmanlara qarşı hörmətsizlik edib.

Sportal.az xəbər verir ki, İspaniya millisinin ulduz futbolçusu Lamin Yamal bununla bağlı açıqlama yayıb. "Barselona"nın vingeri ispaniyalı fanatların davranışının yolverilməz olduğunu qeyd edib:

"Mən müsəlmanam, Əlhəmdulillah.

Dünən stadionda "Tullanmayan hər kəs müsəlmandır" şüarları eşitdim. Bilirəm ki, bu, rəqib komandaya yönəlmişdi və mənə qarşı şəxsi hücum deyildi. Amma bir müsəlman olaraq bildirirəm ki, bu, yenə də hörmətsizlikdir və qəbuledilməzdir.

Başa düşürəm ki, bunu edən bütün azarkeşlər belə deyil. Amma belə şeylər dini lağa qoymaqdır, sizi cahil və irqçi insanlar kimi göstərir.

Futbol zövq almaq və dəstək üçündür, insanların kim olduğuna və ya nəyə inandıqlarına hörmətsizlik etmək üçün deyil.

Bunu deməklə yanaşı, bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm, Dünya Kubokunda görüşənədək."

Xəbər xətti