"Çelsi"nin futbolçusu "Beşiktaş"a keçə bilər

20:55 - 31 Mart 2026

"Çelsi"nin futbolçusu Ceymi Qittens karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

İstanbul nəhəngi yaxın günlərdə Qittensin meneceri ilə danışıqlara başlamağı planlaşdırır. "Qara qartalar" mövsümün sonunda isə 21 yaşlı oyunçunun klubuna rəsmi təkliflə müraciət edəcək.

Qeyd edək ki, "Çelsi" Ceymi Qittensi mövsümün əvvəlində "Borussiya"dan 56 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü London təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.

Xəbər xətti