Braziliya çempion olsa, futbolçular nə qədər qazanacaq?

19:59 - 31 Mart 2026

Braziliya milli komandası dünya çempionu olsa, futbolçulara yüksək məbləğdə mükafat veriləcək.

Sportal.az xəbər verir ki, bu barədə "Estadao" nəşri məlumat yayıb.

"Sambaçılar" mundialın qalibi olacağı təqdirdə, Braziliya Futbol Assosiasiyası hər oyunçuya 1 milyon dollar bonus verəcək. Federasiya ilə mükafatla bağlı danışıqlara Vinisius Junior, Alisson Beker, Danilo, Markinyos, Kazemiro və Bruno Gimaraeş də daxil olmaqla əsas şəxslər rəhbərlik ediblər.

Qeyd edək ki, DÇ-2026 iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Xəbər xətti