“Yuventus” yayda heyətinə bir neçə futbolçu cəlb etmək istəyir.
Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, “qoca sinyora”nın yeni hədəfi Esmir Bayraktareviçdir.
Turin klubu 21 yaşlı futbolçuya görə klubu PSV ilə danışıqlar aparacaq. Onun Niderland təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
ABŞ-də dünyaya gələn Esmir Bosniya və Herseqovina millisinin üzvüdür. Bayraktareviç “Nyu Enqland” futbol akademiyasının da yetirməsidir.
saytlarin hazirlanmasi
