"Qalatasaray" uruqvaylı yarımmüdafiəçini transfer etmək istəyir

16:20 - 2 Aprel 2026

Manuel Uqarte mövsümün sonunda "Manmester Yunayted"dən ayrılmağa yaxındır.

Sportal.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi daha çox forma şansı qazana biləcəyi bir klub keçmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Uqarte karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. "Qalatasaray" 24 yaşlı futbolçunun xidmətində maraqlıdır. İstanbul nəhənginin skautları uzun müddətdir 24 yaşlı futbolçunu izləyir.

"Napoli", "Ayaks" və "Yuventus" da dayaq yarımmüdafiəçisinə maraq göstərir.

Qeyd edək ki, "Mançester Yunayted" Manuel Uqarteni 2024-cü ilin yayında PSJ-dən 500 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Xəbər xətti