Almaniya Regional Liqası Nordost-un son turunda bir neçə oyun keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” (Berlin) “Babelsberq”lə qarşılaşıb.
Görüş 2:2 hesabı ilə yekunlaşıb. Dadaşov meydana start heyətində çıxıb və və hesab 1-1 olduğu zaman fasilədə əvəzlənib.
Rüfət oyunun ikinci dəqiqəsində məhsuldar ötürmə edib. “Dinamo” hazırda 28 xalla 14-cü yerdədir.
