"Fənərbaxça"nın kapitanı azadlığa buraxıldı

14:14 - 3 Aprel 2026

Qanunsuz mərc oyunlarında iştirak etməkdə ittiham olunan "Fənərbaxça"nın kapitanı Mert Hakan sərbəst buraxılıb.

Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı hücumameyilli yarımmüdafiəçi bu gün hakim qarşısına çıxıb. Məhkəmənin qərarı ilə təcrübəli futbolçu barədə verilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, Mert Hakan Yandaş 2025-ci ilin 5 dekabr tarixində saxlanılmışdı.

Xəbər xətti