Elvin Cəfərquliyev və Leroy Mikels "Mançester Siti"nin futbolçusu ilə eyni siyahıda - FOTO

11:56 - 3 Aprel 2026

FIFA bu yaxınlarda başa çatan “FIFA series-2026” beynəlxalq turnirlərinin ən yaxşı oyunçu mükafatına sahib olan futbolçular haqda paylaşım edib.

Sportal.az xəbər verir ki, siyahıda həmçinin Sumqayıtda keçirilən turnirin oyunlarından sonra ən yaxşı oyunçu seçilən Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev də yer alıb.

İlk doqquzluq arasında Özbəkistan milli komandasının və “Mançester Siti”nin müdafiəçisi Abdukodir Xusanovu, eləcə də Ruanda və “Zirə”nin hücumçusu Leroy Mikkelsi qeyd etmək olar. 

Xatırladaq ki, millimiz “FIFA seriyası-2026” turnirində Sent-Lüsiya (6:1) yığması və Syerra-Leone (1:1, penaltilər seriyası 9:8) ilə qarşılaşıb. 


 

Xəbər xətti