İngiltərənin "Liverpul" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, qapıçı Alisson Beker sıradan çıxıb. Bu barədə baş məşqçi Arne Slot məlumat verib:
"Alison PSJ ilə oyunlarda oynamayacaq. O, bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Mövsümün sonuna yaxın formada olacağını gözləyirik".
Qeyd edək ki, Alisson Beker cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 34 rəsmi matçda 36 qol buraxıb. Braziliyalı qolkiper 13 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi
