Millimizin müdafiəçisi Almaniya Bundesliqasında debüt etdi

11:58 - 2 Fevral 2026

Azərbaycanın qadınlardan ibarət milli komandasının müdafiəçisi Nigar Mirzəliyeva Almaniya Bundesliqasında debüt edib. 

Sportal.az xəbər verir ki, onun yeni klubu “Hamburq” 16-cı turda "Frayburq"la qarşılaşıb. 

Mirzəliyevanın komandası bu görüşdə məğlub olub. O, meydana start heyətində çıxıb.

"Hamburq" hazırda 10 xalla 12-ci pillədədir.
 

Xəbər xətti