Rafael Fiziyev "UFC 325" turnirində nokautla məğlub oldu

16:34 - 1 Fevral 2026

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, 32 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində keçirilən "UFC 325" turniri çərçivəsində braziliyalı Maurisio Ruffi ilə qarşılaşıb.

Təmsilçimiz ikinci raundda nokautla uduzub.

Xatırladaq ki, bu, UFC-də 13 qalibiyyəti olan Fiziyevin beşinci məğlubiyyəti olub.

Xəbər xətti