"Real"da ciddi itki, göz yaşları ilə meydanı tərk etdi - 1 ay oynaya bilməyəcək

01:01 - 2 Fevral 2026

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem “Rayo Valyekano” ilə oyunda (2:1) budun arxa əzələsindən zədə alıb.

Sportal.az xəbər verir ki, ingilis futbolçu La Liqanın 22-ci turu çərçivəsində keçirilən matçın 10-cu dəqiqəsində əvəzlənib, onun yerinə meydançaya Brahim Dias çıxıb. Bellinqem meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

Tibbi müayinənin nəticələrinə əsasən, 22 yaşlı yarımmüdafiəçiyə sol ayağın yarımsinxir əzələsinin zədəsi diaqnozu qoyulub. Bellinqem təxminən bir ay oynaya bilməyəcək.

Xəbər xətti