"Şamaxı" "Kəpəz"i, "Sabah" "Zirə"ni məğlub etdi - YENİLƏNİB

18:56 - 31 Yanvar 2026

Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

"Kəpəz" Yevlax şəhər stadionunda "Şamaxı"nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb. Lider sabah isə "Zirə"nin qonağı olub. Burada Masazır təmsilçisi qalibiyyətə sevinib.

Misli Premyer Liqası

18-ci tur

31 yanvar (şənbə)

“Kəpəz” – “Şamaxı” 0:2
Qollar: Arsen Ağcabəyov , 12, Kərim Rossi, 45+1
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu, 14:30

“Zirə” – “Sabah” 1:3
Qollar:
David Volkov, 83 - Veliko Simiç, 10, İvan Lepiniça, 22, Xəyal Əliyev, 27
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Rəhman İmami
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 17:00

Xəbər xətti