ÇL-də həftənin rəmzi komandası bəlli oldu - "Qarabağ"a qol vuran futbolçu da var

21:40 - 29 Yanvar 2026

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunun ən yaxşı oyunçularından ibarət simvolik komandanı təqdim edib.

Sportal.az xəbər verir ki, heyətdə ötən gün "Qarabağ"a qarşı matçda "Liverpul"un heyətində dubla imza atan Mak Allister də var:

Qapıçı:
Anatoli Trubin (“Benfika”);

Müdafiəçilər:
Federiko Dimarko (“İnter”),
Den Börn (“Nyukasl”),
Kristian Romero (“Tottenhem”),
Bruno Souza Silva (“Pafos”);

Yarımmüdafiəçilər:
Andreas Şyellerup (“Benfika”),
Aleksis Mak Allister (“Liverpul”),
Malik Tillman (“Bayer”),
Lamin Yamal (“Barselona”);

Hücumçular:
Kasper Hög (“Bude-Qlimt”),
Joao Pedro (“Çelsi”).

Xəbər xətti