"İnter"in yarımmüdafiəçisi "Beşiktaş"ın hədəfində

19:12 - 29 Yanvar 2026

İcarə əsasında "Torino"da çıxış edən Kristian Asllani karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" albaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qara qartallar" Asslanini icarəyə götürməyi planlaşdırır. 23 yaşlı dayaq yarımmüdafiəçisi İstanbul klubuna keçməyə isti yanaşır.

Qeyd edək ki, Kristian Asslani mövsümün əvvəlində "Torino"ya icarəyə verilib. Albaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 16 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti