Fransalı müdafiəçi "Qarabağ"a keçə bilər

18:04 - 28 Yanvar 2026

Kiprin AEK klubunun sol cinah müdafiəçisi Ceremi Qnali karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "balla.com.cy" saytı məlumat yayıb.

Xəbərdə "Qarabağ"ın fransalı futbolçunun xidmətində maraqlı olduğu bildirilir. Larnaka təmsilçisinin Azərbaycan klubundan gələn təklifi qənaətbəxş hesab etdiyi qeyd olunub.

AEK-də sol cinah müdafiəçisi mövqeyi üçün daha iki alternativin (Anxel Qarsiya və Xayro İskierdo) olması futbolçunun Ağdam klubuna transferini daha da mümkün edir.

Qeyd edək ki, 23 yaşlı Ceremi Qnali bu mövsüm AEK-in heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti